02 mart 2022, 11:41

İnqilab Qayıbovdan, Kəlbəcər, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Sizin doğma Azərbaycana rəhbərliyiniz dövründə görülən işlər, əldə olunan uğurlu nəticələr əhalidə böyük rəğbət oyatmışdır. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin hazırda sürətlə aparılması məqsədyönlü fəaliyyətin davamıdır. Doğma Qarabağımızın və düşmən tapdağından xilas olunmuş digər yerlərin tezliklə bərpa ediləcəyinə heç bir şübhəmiz yoxdur.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər də təqdirəlayiqdir. Eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə, onların müraciətlərinə həssaslıqla yanaşılır, bu kateqoriyalardan olan vətəndaşlara qayğıkeş münasibət göstərilir. Mənim sosial problemlərim də öz həllini tapır.

Cənab Prezident, ölkə əhalisinin xoş güzəranı üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Qayıbov İnqilab,

Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.