01 mart 2022, 16:30

Həsənağa Balayev və başqalarından, Saatlı, Azərbaycan

Əziz Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin həm ordu quruculuğunda, həm də iqtisadi sahədə gördüyünüz işləri bəyənirik və həmişə Sizə dəstək olacağıq. Sizə təşəkkür edən o insanlardır ki, torpaqlarımızı işğaldan azad etmək üçün Sizin komandanlığınızla “Dəmir yumruq” əməliyyatına övladlarımızı göndərdik. Sizə və xalqımıza dəstək olduq. Allaha şükürlər olsun ki, torpaqlarımız azad olundu, torpaq həsrətinə son qoyuldu. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq arzulayırıq.

Cənab Prezident, problemlərimizin həllinə də diqqətlə yanaşılır. Bizim rayon aran rayonu olduğundan suvarma suyuna böyük ehtiyacımız var. Əkin sahələrimizi su ilə təmin edən kollektor nasaz vəziyyətə düşmüşdü. Bu yaxınlarda bir həftə ərzində iki kilometrə yaxın kollektor lildən təmizləndi və bu, işimizə yaradı.

Cənab Prezident, həmişə Sizin yanınızdayıq. Sizə uzun ömür, möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Qarabağ Azərbaycandır!

Saatlı rayonunun Heydərabad, Əhmədbəyli və Dədə Qorqud kəndlərinin ağsaqqalları adından dərin hörmət və ehtiramla,

Həsənağa Balayev,

Rövşən Mürsəlov,

Nadir Təhməzov,

Səhrab Hüseynov,

Mirzalı Qənbərov,

Mirtağı Ağalarov.

Azərbaycan Respublikası, Saatlı rayonu.