23 fevral 2022, 17:45

Laçın Əhmədovdan, Cəlilabad, Azərbaycan

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Xalqımız bu gün çox xoşbəxtdir. Vətən müharibəsində qalib gəlib uzun illər həsrətində olduğu doğma torpaqlarına qovuşub. Bu misilsiz uğurun - Böyük Qələbənin təməlində Sizin məqsədyönlü və praqmatik siyasətiniz dayanır. Siz çox güclü maddi-texniki bazaya sahib və yüksək hazırlıqlı Ordu yaratmağı bacardınız. Əsgərlərimizin vətənpərvərlik ruhu da çox yüksək səviyyədədir. Sizin qətiyyətiniz, iradəniz, Vətən sevginiz hər bir əsgəri daha dözümlü olmağa, Vətən üçün hər an canla-başla döyüşməyə ruhlandırır. Azərbaycanın hər bir bölgəsi kimi, Cəlilabad rayonunun gəncləri də Vətən müharibəsində fəal iştirak etmişlər. Bu, bizi təbii ki, çox sevindirir.

Çox şadıq ki, bu gün hər bir bölgəmiz kimi, Cəlilabad da inkişaf edir. İnsanların əhval-ruhiyyəsi yüksəkdir. Vətən müharibəsindəki Qələbədən sonra gələcəyə olan inamımız daha da artıb.

Əziz Prezidentimiz, biz Sizinlə fəxr edirik. Sizin kimi dövlət başçımız olduğuna görə çox şanslıyıq. Gələcək işlərinizdə Sizə müvəffəqiyyətlər arzu edirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Əhmədov Laçın.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.