21 fevral 2022, 12:21

Cavid İsaqovdan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Tovuz rayonunun Düz Qırıqlı kənd sakiniyəm, Vətən müharibəsi iştirakçısıyam. Döyüşlər zamanı yaralansam da, torpaqlarımızın azadlığı mənə bütün ağrı-acını unutdurmuşdur.

Cənab Prezident, mən Sizə öz problemlərim barədə müraciət etmişdim. Siz Ali Baş Komandan olaraq, bir daha ümidlərimizi doğrultdunuz. Biz qazilərə, şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqətə görə bütün qazilər adından Sizə öz sonsuz minnətdarlığımı bildirirəm. Sizin əmirinizlə bütün problemlərimizin həll olunacağına inanıram.

Mən hər zaman Sizin əmirinizə müntəzirəm və Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşməyə hazıram. Səsimi eşidib mənə kömək göstərdiyiniz üçün Sizə bir daha sonsuz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

İsaqov Cavid Eldəniz oğlu, Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Tovuz rayonu, Düz Qırıqlı kəndi.