Naib Həsənlidən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə Azərbaycan xalqının 30 illik həsrətinə son qoyuldu, “Dəmir yumruq”la yağı düşmənin tapdağı altında qalan əzəli torpaqlarımız azad olundu, Zəngəzurumuz öz adını geri aldı.
Mən Vətən müharibəsinin qazisi kimi Sizin hər bir əmrinizə müntəzirəm. İnşallah, biz Sizinlə daha yüksək qələbələrə çatacağıq.
Füzuli və Xocavənd uğrunda döyüşlərdə iştirakıma görə tərəfinizdən “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Həmin medallar mənim üçün hər zaman qürur mənbəyidir və buna görə Sizə dərin təşəkkürümü bildirirəm.
Allahdan Sizə cansağlığı, uzun ömür arzulayır, Sizi xalqımızın başı üzərindən əskik etməməsini, “dəmir yumruğ”unuzun daim ucalarda var olmasını diləyirəm.
Dərin hörmətlə,
Həsənli Naib İmdat oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.