08 fevral 2022, 19:00

İlyas Nağdəliyev və Əli Əhmədovdan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin ölkəmizin tərəqqisi, xalqımızın firavanlığı naminə gördüyünüz işlər alqışa layiqdir. Siyasətinizin əsasını vətəndaş amili, xalqa, dövlətə yorulmadan xidmət təşkil edir. Atdığınız hər bir addımla vətəndaşların yanında olduğunuzu dəfələrlə sübut etmisiniz. Sizdən çox razıyıq. Xoşbəxtik ki, Sizin kimi Prezidentimiz var.

Əziz Prezident, respublikamızın bölgələrində həyata keçirilən quruculuq işləri Sabirabad rayonunda da uğurla davam etdirilir. Biz rayonumuzun kəndlərində də bu işlərə şahidik. Yaşadığımız Çöl-Beşdəli kəndində elektrik xətlərinin yenilənməsi sakinləri çox sevindirir. Görülən bütün işlər Sizin diqqət və qayğınızın əyani göstəricisidir. Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək, xalqımız bundan da xoşbəxt həyat yaşayacaq.

Hörmətlə,

Nağdəliyev İlyas Əsgərəli oğlu

Əhmədov Əli Əlif oğlu

Azərbaycan Respublikası, Sabirabad rayonu, Çöl-Beşdəli kəndi.