08 fevral 2022, 14:45

Elnur Əhmədovdan, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illər respublikamızda, xüsusilə Lənkəranda aparılan abadlıq-quruculuq işləri ilə bağlı Qarabağ müharibəsinin əlili kimi Sizə təşəkkür edirəm. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların həyata keçirilməsi ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib.

Bu gün Lənkəran şəhərində görülən quruculuq işləri göz oxşayır. Bütün küçələrə asfalt döşənir, işıqlandırılıb. Əvvəl sakinləri narahat edən hallar tamamilə aradan qaldırılıb. Yeni parklar, hər tərəfdə əkilən ağaclar şəhərimizi yaşıllaşdırır, yeni istirahət məkanları yaradır.

Qarabağ müharibəsinin I qrup əlili kimi görülən işlərlə fəxr edirəm. Mən və digər əlillər xüsusi qayğı ilə əhatə olunmuşuq. Şəhid ailələri bir gün də diqqətdən kənar qalmayıb.

Biz lənkəranlılar Sizinlə fəxr edirik, görülən bütün işlərə görə minnətdarlığımızı bildiririk. Çox sağ olun!

Tanrı Sizi qorusun!

Hörmətlə,

Əhmədov Elnur

Azərbaycan Respublikası, Lənkəran şəhəri.