08 fevral 2022, 10:56
Kəmalə Məmmədovadan, Gəncə, Azərbaycan
Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandanımız.
Mən ömrümü teatr sənətinə həsr etmişəm, uzun illərdir bu sahədə əmək sərf edirəm. 1998-ci ildən Gəncə Dövlət Dram Teatrında şəraitsiz binada fəaliyyət göstərirdik. Bəzən bunu özümüzə dərd edirdik, gileylənirdik. Artıq bütün bu giley-güzar arxada qalmışdır. Sizin sayənizdə Avropa standartlarına uyğun, hər bir şəraiti olan, gözəl formalı yeni teatr binası tikilib bizim ixtiyarımıza verilmişdir.
Əziz Prezidentimiz, buna görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun!
Hörmətlə,
Məmmədova Kəmalə, Gəncə Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist.
Azərbaycan Respublikası, Gəncə şəhəri.