05 fevral 2022, 13:54
Ramiz Həsənlidən, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda ölkəmizdə gənclər siyasəti Sizin rəhbərliyiniz altında uğurla davam etdirilir. Naftalan gəncləri bu siyasətinizi hər zaman dəstəkləyir, Sizə cansağlığı arzulayırlar.
Ulu Tanrı Sizi və xalqımızı qorusun.
Naftalan gəncləri adından hörmətlə,
Həsənli Ramiz Rəşid oğlu.
Azərbaycan Respublikası, Naftalan şəhəri.