Sabit Əliyev və başqalarından, Gəncə, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Ölkəmizdə aqrar sahənin inkişafına və Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) göstərdiyiniz daimi diqqət və qayğıya görə universitetimizin Aqrobiznes fakültəsinin dekanlığı və müəllimləri adından Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Sizin sayənizdə ADAU-nun səmərəli fəaliyyəti üçün geniş imkanlar yaradılmışdır. Son illər ərzində universitetimizin 2 tələbə yataqxanası, 1 tədris korpusu istifadəyə verilmişdir. Gəncəyə səfərləriniz zamanı həmin obyektlərin açılışında şəxsən iştirakınız bizim üçün xüsusilə əlamətdar olmuşdur.
Cənab Prezident, bu işlər ümumilikdə xalqa bəslənən məhəbbətdən, Vətənə olan sədaqətdən qaynaqlanır. Ulu Tanrı hər zaman köməyiniz olsun!
Hörmətlə,
Əliyev Sabit
Quliyeva Gülnarə
Məmmədova Vəfa
Hüseynov Anar
Həsənov Anar.
Azərbaycan Respublikası, Gəncə şəhəri.