04 fevral 2022, 14:14

Nizami Fərəcov və başqalarından, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Son illərdə ölkəmizdə energetika sahəsi sürətlə inkişaf etməkdədir. Ölkəmizin bu sahədə potensialı gündən-günə artır və Azərbaycan bu gün regionda elektrik enerjisi ixrac edən etibarlı tərəfdaşa çevrilmişdir. Bununla bərabər, respublikanın kənd və qəsəbələrində, ən ucqar yaşayış məntəqələrində əhalinin elektrik enerjisi ilə dayanıqlı və etibarlı təminatı üçün böyük işlər görülür. Yeni elektrik stansiyaları inşa olunur, yeni xətlər çəkilir.

Bizim Sabirabad rayonunun Poladtuğay kəndinin elektrik təsərrüfatında da yenilənmə işləri görülmüşdür. Köhnə elektrik naqilləri və elektrik dirəkləri yeniləri və daha keyfiyyətliləri ilə əvəz olunmuşdur. Həmçinin Smart tipli sayğaclar quraşdırılmışdır.

Cənab Prezident, çox şadıq ki, bu gün gur yanan işığımız, aydın gecələrimiz var. Həyatınız daim firavan, eviniz işıqlı olsun!

Hörmətlə,

Fərəcov Nizami

İsmiyev Hikmət

Əsədov Kamran

Azərbaycan Respublikası, Sabirabad rayonu, Poladtuğay kəndi.