04 fevral 2022, 12:15
Elşad Əhmədovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin bu yaxınlarda Gəncə şəhərinə növbəti səfəriniz zamanı açılışını etdiyiniz Gəncə Dövlət Dram Teatrının yeni inşa edilmiş binası mənim sonsuz sevincimə səbəb oldu. Bu sevinci mənə yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Sizi əmin etmək istəyirəm ki, Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.
Dərin hörmət və ehtiramla,
Əhmədov Elşad, Gəncə Dövlət Dram Teatrının rejissoru.
Azərbaycan Respublikası, Gəncə şəhəri.