Aidə Qasımova və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycanda təhsilə, elmə, aqrar sahəyə göstərdiyiniz böyük diqqət və qayğıya görə bir əsrlik şərəfli tarixi olan Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə-gəncləri adından Sizə hədsiz təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk. 2016, 2017 və 2020-ci ildə Gəncəyə səfərləriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin 2 tələbə yataqxanasının, 1 tədris korpusunun açılışında şəxsən iştirakınız bütün bunların bariz nümunələridir.
Möhtərəm cənab Prezident, bütün Azərbaycan xalqı kimi, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri də Sizin daxili və xarici siyasətinizi, xüsusən gənclər siyasətinizi ürəkdən bəyənir və qətiyyətlə dəstəkləyir. Xalqımızın rifahı, doğma Azərbaycanımızın daha da tərəqqisi naminə Sizə yeni-yeni uğurlar diləyirik.
Hörmətlə,
Aidə Qasımova, Universitetin Tərbiyə işləri üzrə prorektoru
Orxan Muradzadə, Tələbə-Gənclər Təşkilatının sədri
Cahid Tağızadə, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Əvəz Rəhimli, Tələbə Elmi Cəmiyyətinin sədri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.