02 fevral 2022, 16:06

Elnur Mamedovdan, Bakı, Azərbaycan  

Möhtərəm Prezident.

Sizin qazilərimizə göstərdiyiniz diqqət və qayğıdan çox razıyıq. Siz problemlərimizin həllinə böyük önəm verirsiniz, bizə maddi və mənəvi dəstək göstərirsiniz. Bu, bizə böyük təsəlli olmaqla yanaşı, gələcək nəsillərə vətənpərvərlik ruhu aşılayır.

Cənab Ali Baş Komandan, mən Vətən müharibəsi qazisi olaraq göstərdiyim xidmətlərə görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Qüsursuz xidmətə görə” və digər medallarla təltif olunmuşam. Bu günlərdə geniş və təmirli mənzillə, həmçinin avtomobillə təmin edilmişəm. Buna görə Sizə bir daha təşəkkürümü bildirir, cansağlığı arzulayıram.

Ulu Tanrı Sizi və dövlətimizi qorusun!

Hörmətlə, 

Elnur Mamedov, I qrup Vətən müharibəsi qazisi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.