Anar Burcəliyevdən, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Qədim Nizami yurdu Gəncəyə və gəncəlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildirir, Uca Yaradandan möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirik.
Bir neçə gün bundan əvvəl Gəncəyə növbəti səfəriniz zamanı yeni sosial-iqtisadi obyektlərin açılışını etməyiniz, eyni zamanda, Gəncə Memorial Kompleksinin təməlini qoymağınız bizi bir daha qürurlandırdı. Xüsusilə 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışı gəncəlilərə göstərilən qayğının bariz nümunəsidir. Özünüzün də dediyiniz kimi, yeni Mərkəzin açılışı vətəndaşların rahat yaşayışına xidmət edir.
Tanrı Sizi qorusun,
Gəncə şəhər ictimaiyyəti adından dərin hörmətlə,
Burcəliyev Anar Məmməd oğlu, teatrşünas-tənqidçi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.