01 fevral 2022, 17:55

İlkin Mikayılovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin və dərin ehtiram bəslədiyimiz Mehriban xanımın təhsil sahəsinə göstərdiyiniz qayğı, gənclərə bəslədiyiniz sevgi ölçüyəgəlməzdir.

Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərmanınız bu qayğı və sevginin bariz nümunəsidir. Buna görə həm tələbələrin, həm də onların valideynləri adından Sizə minnətdarlığımı bildirirəm.

Təhsil Tələbə Krediti Fondu tərəfindən ayrılan və humanitar şərtlərlə təqdim olunan təhsil kreditləri övladlarımızı nurlu gələcəklə təmin edəcək, cəmiyyətin bütün təbəqələrinin əsaslı təhsilə əlçatanlığına şərait yaradacaq.

Sizə ailə üzvlərim və öz adımdan dərin təşəkkür bildirir, cansağlığı və işlərinizdə yeni uğurlar arzulayıram. 

Hörmətlə, 

Mikayılov İlkin Aslan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.