01 fevral 2022, 13:42

Kənan Ağayevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin həyata keçirdiyiniz genişmiqyaslı islahatlar vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına xidmət edir. Bu islahatların, məqsədyönlü addımların müsbət nəticələrini biz bu gün real həyatda görürük. Üzləşdiyimiz problemlərlə bağlı müraciətlərimizə də diqqətlə yanaşılır, narahatlıq doğuran məsələlər öz həllini tapır, insanlara firavanlıq bəxş olunur.

Mən Cəlilabad rayonunun Kazımabad kənd sakiniyəm. Yaşadığım ərazi təbii qazla təmin olunmadığından əziyyət çəkirdik. Bir vətəndaş olaraq, bununla əlaqədar Sizə müraciət etmək qərarına gəldim. Müraciətimdən sonra problem qısa müddətdə aradan qaldırıldı. Bu soyuq qış mövsümündə təbii qazla təmin olunmağımız bizim üçün xüsusilə əlamətdar oldu.  

Cənab Prezident, bütün bunlar Sizin ölkə vətəndaşlarına olan diqqət və qayğınızın nəticəsidir. Göstərilən diqqətə və köməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ağayev Kənan,                                                                         

Vətən müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Kazımabad kəndi.