31 yanvar 2022, 15:34

Ramil Məmmədovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Siz Qarabağı azad etməklə Azərbaycan tarixinə şanlı səhifə yazdınız. Bununla da Azərbaycan xalqının 30 illik həsrətini sonlandırdınız. İkinci Qarabağ müharibəsindəki 44 günlük müddət ərzində xalqımızın Sizin ətrafınızda yumruq tək birləşməyinin bir daha şahidi olduq. Mən də Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Hadrut istiqamətində vuruşmuşam.

Sizin qazilərə və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Mən də Vətən müharibəsi qazisi olaraq Sizin müvafiq tapşırıqlarınıza uyğun olaraq mənzillə təmin olunmuşam. Bunun üçün Sizə öz dərin təşəkkürümü bildirirəm.

Tanrı Sizi qorusun!

Hörmətlə

Məmmədov Ramil Rafiq oğlu,                                                          

3-cü qrup Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.