Pərvin Rzayevdən, Sumqayıt, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin sadiq əsgəriniz kimi könüllü olaraq Vətən müharibəsində iştirak etdim. Bir qarabağlı kimi Qarabağımızın, əzəli torpaqlarımızın azad olunması uğrunda döyüşmək, qələbə sevincini yaşamaq mənim üçün xüsusi qürurlu idi. Füzuli, Qubadlı və Laçın rayonları uğrunda gedən döyüşlərdə göstərdiyim şücaətlərə görə Sizin tərəfinizdən orden və medallarla təltif olundum.
Siz şəhid ailələrindən, müharibə əlillərindən və veteranlarından heç bir zaman qayğınızı əsirgəmirsiniz. Onların sosial rifahının yüksəldilməsi yolunda göstərdiyiniz diqqət və qayğı məni də çox sevindirir. Həmin qayğı və diqqətin nəticəsi olaraq mən də Abşeron rayonunda yeni mənzillə təmin olundum və buna görə Sizə öz təşəkkürümü bildirirəm.
Çox sağ olun, cənab Prezident.
Biz Sizinlə və azərbaycanlı olmağımızla fəxr edirik.
Hörmətlə,
Rzayev Pərvin Namiq oğlu
2-ci qrup Vətən müharibəsi əlili
Azərbaycan Respublikasi, Sumqayıt şəhəri