Vüsal Şabanovdan, Abşeron, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Şanlı Ordumuz Sizin rəhbərliyinizlə 44 gün ərzində işğal altında olan əbədi və əzəli torpağımız Qarabağı azad etdi. Bu Qələbə Azərbaycan tarixinə şanlı səhifə kimi yazıldı. Təbii ki, bu yolda şəhidlərimiz, qazilərimiz oldu.
Mən II qrup Qarabağ müharibəsi əliliyəm. Talış, Suqovuşan, Ağdamda və Murovdağın bir çox yüksəkliklərində gedən döyüşlərdə iştirak etmişəm. Həmin döyüşlərdə göstərdiyim şücaətlərə görə, Sizin tərəfinizdən 5 medalla təltif olunmuşam.
Müharibə əlillərinin, şəhid ailələrinin sosial təminatının yüksəldilməsi üçün dövlətin göstərdiyi diqqət və qayğı bir vətəndaş kimi məni də sevindirir.
2021-ci il avqustun 26-da Sizin iştirakınızla Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirildi. Mən də həmin tədbirin iştirakçısı idim. Şəxsən Sizin tərəfinizdən təqdim edilən mənzil və avtomobili almaq insana çox qürurverici, fəxr ediləsi hisslər verir. Bu diqqətə görə Sizə təşəkkür edirəm.
Əmin olun ki, hər zaman bir zabit kimi bütün əmrlərinizə müntəzirəm.
Hörmətlə,
Şabanov Vüsal Zabit oğlu
Azərbaycan Respublikasi, Abşeron rayonu.