26 yanvar 2022, 13:18
Süraya Kərimovadan, Samux, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan xalqı özünün xoşbəxt və qürurlu günlərini yaşayır. Çünki, Vətən müharibəsində qalib gəlib və torpaqlarımızı yağı düşməndən azad edib. Qələbədən sonra bizim yaşamaq eşqimiz, gələcəyə və xoş sabahlara olan ümidlərimiz daha da artıb.
Mən tənha ahılam, ömrümün çox hissəsini yaşamışam. Buna baxmayaraq, Azərbaycanın sürətli inkişafını, işıqlı gələcəyə doğru inamla getdiyini gördükcə qürur hissi keçirir və daha çox yaşamaq arzusu keçir ürəyimdən.
Əziz Prezidentimiz, xalqımızın zəfəri Sizin uğurlu siyasətinizin nəticəsidir.
Biz Sizinlə fəxr edirik.
Hörmətlə,
Kərimova Süraya Kərim qızı
Azərbaycan Respublikası, Samux rayonu, Çobanabdallı kəndi.