25 yanvar 2022, 12:45

Xəlil Eldarovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə və ailə üzvlərinizə sonsuz təşəkkürümü bildirirəm.

Siz Azərbaycan xalqının və hər bir vətəndaşın rifahının yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görürsünüz.

Mən, Abşeron rayon sakiniyəm, 3 övlad atasıyam. İnternat məzunu olaraq Abşeron rayonunda yerləşən yaşayış kompleksində mənzillə təmin olundum. Ailəmə hədsiz sevinc bəxş olunmuşdur. Belə xeyirxah, humanist və nəcib işləriniz Sizi xalqımızın gözündə daha da ucaldır.

Əziz Prezidentimiz, valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinə göstərdiyiniz diqqətə görə Sizə bir daha təşəkkürümü bildirir, uzun ömür, cansağlığı arzulayıram. 

Ulu Tanrı hər zaman köməyiniz olsun.       

Hörmətlə,

Eldarov Xəlil Sərdar oğlu

Azərbaycan Respublikası, Abşeron rayonu