17 yanvar 2022, 11:41

Vidadi Allahverdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan Respublikası vətəndaşı kimi həmişə Sizin xarici və daxili siyasətinizi dəstəkləmiş, Sizin siyasi kursunuzu bir örnək olaraq qəbul etmişəm. Məhz Sizin uzaqgörən, müdrik siyasətinizin nəticəsidir ki, torpaqlarımız uzunmüddətli erməni işğalından azad edilmiş, Azərbaycanın dünya ölkələri ilə siyasi-iqtisadi əməkdaşlığı günbəgün inkişaf etməkdədir.

Sizin tərəfinizdən elm adamları həmişə diqqət və qayğı ilə əhatə olunmuş, elmin inkişafı hər bir zaman diqqət mərkəzinizdə olmuşdur. Respublikamızda yüksək elmi potensiala malik olan gənclərin inkişafına dövlət tərəfindən dəstək verilməklə, istedadlı mütəxəssislərin yetişdirilməsi üçün hər cür şərait yaradılmışdır.

Daxili siyasətinizin özəklərindən biri də uğurla apardığınız kadr siyasətidir ki, bu da digər sahələrdə olduğu kimi, elm arenasında da artıq öz nəticəsini verməkdədir. Elmi potensiala malik gənc alimlərə yaşıl işıq yandırılmışdır. Bürokratik əngəllər, demək olar ki, aradan qaldırılmışdır.

Hörmətli cənab Prezident, Azərbaycanda elmin inkişafı üçün atdığınız uğurlu addımlara görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Allahverdiyev Vidadi Ağababa oğlu

Tibb elmləri doktoru

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.