14 yanvar 2022, 13:22

Xəqani Muradovdan, Abşeron, Azərbaycan

Çox hörmətli və dəyərli Prezident.

Mən, bir Qarabağ müharibəsi əlili kimi, Sizi ürəkdən təbrik edir və minnətdarlığımı bildirirəm.

Otuz il düşmən tapdağı altında olan Qarabağı Sizin güclü iradəniz sayəsində azad etdik. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhid olan şəxslərə, müharibə əlillərinə xalqımız hər zaman minnətdarlıq hissi duyacaqdır. Sizin göstərişiniz və imzaladığınız sərəncamlar əsasında bu gün şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət vardır. Bu kateqoriyalardan olan vətəndaşlar mənzillə və avtomobillə təmin olunurlar. Bu yaxınlarda mənə də mənzil verilmişdir. Mənə və ailəmə göstərilən diqqətə görə Sizə təşəkkür edirəm. Hər zaman Sizi dəstəkləyəcəyəm.

Eşq olsun, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Hörmətlə,

Xəqani Muradov,                                                                             

Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Abşeron rayonu, Sulutəpə qəsəbəsi.