13 yanvar 2022, 15:39

Rahil Məlikovdan, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizə və ailə üzvlərinizə sonsuz təşəkkürümü bildirirəm. Sizin apardığınız uğurlu siyasət, gördüyünüz məqsədyönlü işlər sayəsində arzularımızın ən böyüyü həyata keçdi, torpaqlarımız düşmən tapdağından azad olundu.

Mən Şirvan şəhər sakiniyəm, 3 əlil övladının atasıyam, Qarabağ müharibəsi veteranıyam. Hər bir insanın həyatında çətin anlar olur. Etiraf edirəm ki, bizim ailənin də çətin anları olub. Belə vaxtlarda dövlətimizin qayğısını görmüşük, ailəmizə kömək göstərilib.

Əziz Prezidentimiz, Siz xalqımıza daim diqqət və qayğı göstərirsiniz. O cümlədən biz sadə, aztəminatlı ailələri də daim nəzərinizdə saxlayırsınız, problemlərimizin aradan qaldırılması üçün lazımi işlər görür, lazımi tapşırıqlar verirsiniz.

Biz sadə vətəndaşlar Sizin apardığınız siyasəti daim dəstəkləyir, bu yolda Sizə uğurlar arzulayır, dualar edirik.

Allah Sizi və ailənizi qorusun. Nə yaxşı ki, varsınız!

Hörmətlə,

Məlikov Rahil Sahil oğlu,                                                                  

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Şirvan şəhəri.