22 dekabr 2021, 17:39

Sərxan Mansurov və başqalarından, Bakı, Azərbaycan


Müzəffər Ali Baş Komandan.

Biz Azərbaycan Memarlıq və İnşaat Universitetində ali təhsil alırıq. Tələbələri hər zamankı kimi nəzərə alıb təqaüdlərini artırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Biz tələbələrin yaxşı təhsil alması, inkişafı üçün yaratdığınız şəraitdən çox razıyıq. Sizin qayğınız biz tələbələri sevindirir və bir daha əmin edir ki, Siz hər zaman bizim yanımızdasınız. Bizə daim dəstək olduğunuz, diqqət ayırdığınız üçün çox sağ olun.

Hörmətlə,

Mansurov Sərxan

İsmayılzadə Heyran

Rəhimli Fidan

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri

Azərbaycan Respublikası, Bakı şəhəri.