14 dekabr 2021, 18:40

Eltac Əliyev və başqalarından, Abşeron, Azərbaycan


Möhtərəm cənab Prezident,

Azərbaycan xalq ədəbiyyatının görkəmli nümayəndələrinin daha geniş təbliği, onların xatirələrinin əbədiləşdirilməsi istiqamətində görülən işlər hər kəsdə dərin rəğbət hissi oyadır. Aşıq Ələsgər və onun yaradıcılığı da bu diqqət sayəsində daha geniş təbliğ olunur. Böyük el sənətkarı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar imzaladığınız sərəncamlar bütün xalqımızı sevindirmişdir. Ümumilikdə, Sizin və Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin təbliği, xalqımıza məxsus qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində gördüyünüz işlərin dəyəri misilsizdir.

Ustad Aşığın 200 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, eyni zamanda, onun abidəsinin ucaldılması haqqında sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Əliyev Eltac Əliyev Fəxrəddin Abdullayev Abdulla Rüstəmli Aydın

Azərbaycan Respublikası, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi.