11 dekabr 2021, 10:00
Əsəd Bayramov və Mənşura Məmmədrzayevadan, Ağstafa, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin qeyd edilməsi və Bakı şəhərində onun abidəsinin qoyulması ilə bağlı sərəncamlarınız ölkəmizdə xalq ədəbiyyatına, aşıq sənətinə, milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə verilən böyük qiymətin və dəstəyin ifadəsidir.
Özündən sonra böyük bir irs qoyan ustad sənətkar barədə sərəncamlarınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Bayramov Əsəd
Məmmədrzayeva Mənşura
Azərbaycan Respublikası, Ağstafa rayonu, Qarahəsənli kəndi.