07 dekabr 2021, 12:02

Əvəz Pirimovdan, Sumqayıt, Azərbaycan


Hörmətli cənab Prezident,

Zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatını böyük bir məktəbə çevirən Aşıq Ələsgərin qoyduğu irs zaman-zaman ədəbi nəsillərimizin müraciət etdiyi söz dünyasıdır.

Sizin Aşıq Ələsgər yaradıcılığına verdiyiniz qiymət və dəyər sayəsində ustad sənətkarın yaradıcılığı hələ neçə-neçə yüzilliklər xalqın ruhunu oxşayacaq.

Bu qiymət və dəyərə, xüsusən də Aşıq Ələsgərin Bakı şəhərində abidəsinin qoyulması ilə bağlı Sərəncama görə Sizə minnətdarıq. Ustad sənətkarla bağlı sərəncamlarınız xalq tərəfindən böyük sevinclə qarşılanır.

Belə Sərəncamı verən ürəyiniz, imzalayan əlləriniz var olsun!

Hörmətlə,

Pirimov Əvəz Əli oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.