02 dekabr 2021, 15:44

Nəriman İbayev və başqalarından, Bakı, Azərbaycan


Hörmətli cənab Prezident!

Siz hakimiyyətdə olduğunuz müddət ərzində Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətini uğurla davam etdirərək respublikamızın iqtisadi inkişafı yolunda və hərbi quruculuq sahəsində yüksək inkişafa nail olmusunuz. Sizin sayənizdə Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib.

Hörmətli cənab Prezident, Siz qonşu ölkələrlə sülh və dinc şəraitdə yaşamaq tərəfdarı olmusunuz. Bununla bərabər 30 ilə yaxın bir müddət ərzində torpaqlarımızın erməni işğalı altında qalmasına qarşı diplomatik mübarizə apardınız. Hər iki tərəfdən qan tökülməsin deyə humanistlik göstərərək erməni işğalçılarından torpaqlarımızı sülh yolu ilə boşaltmalarını tələb etdiniz. Ancaq düşmən Sizin humanistliyiniz qarşısında nəinki torpaqlarımızı boşaltmadı, əksinə yeni torpaqlar ələ keçirmək iddiasına düşdü. Nəhayət Siz düşməni sülhə məcbur etmək üçün Milli Ordumuza müqəddəs torpaqlarımızı silah gücünə azad etmək əmri verdiniz. 2020-ci il sentyabr ayının 27-də Sizin komandanlığınızla Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatına başladı. Siz hərbi sahədə də erməni generallarından çox yüksəkdə dayandığınızı sübut etdiniz. Sizin müəyyən etdiyiniz dahiyanə döyüş əməliyyatları planı ilə ordumuz 44 gün ərzində erməni hərbi birləşmələrini biabırçı şəkildə məğlub edərək torpaqlarımızdan qovdu. Düşmən qeyd-şərtsiz təslim oldu.

Hörmətli cənab Prezident, Siz torpaqlarımızı düşmən tapdağından azad edən şəhidlərimizin və qazilərimizin vətən qarşısındakı xidmətlərini çox yüksək qiymətləndirirsiniz. Sizin 2021-ci il 5 noyabr tarixli Sərəncamınızla 19 yaşlı şəhidimiz Şirinov Elmar Cəbrayıl oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu. Biz belə düşünürük ki, bu, bütün Azərbaycan şəhidlərinə Sizin göstərdiyininiz diqqətin təzahürüdür.

Hörmətli cənab Prezident, 2021-ci il noyabr ayının 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verdiyinizə, bölgədə davamlı sülh və sabitliyin yaranmasına yol açan tarixi Qələbəyə görə "Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə cansağlığı və dövlətimizin daha da qüdrətlənməsi yolunda gördüyünüz işlərdə uğurlar arzulayırıq.

Hörmətli cənab Prezident, biz Sizinlə qürur duyuruq!

Vətənimizin inkişafı və ərazi bütövlüyünün qorunmasında Sizi dəstəkləyirik və həmişə Sizin yanınızdayıq.

Azərbaycanın qərb bölgəsinin bir qrup ziyalısı və şəhid Elmar Şirinovun ailə üzvləri adından hörmətlə,

Nəriman İbayev, QMİ-nin Tovuz rayonu üzrə səlahiyyətli nümayəndəsi, Tovuz rayon dini icmasının sədri,

Amana Nəsirova, şəhidin anası,

Nəriman Həsənzadə, AYB-nin üzvü, Xalq şairi,

Barat Vüsal, AYB-nin Qazax zona filialının sədri,

İsa Cavadoğlu, AYB-nin üzvü,

Məzahir Alıyev AYB-nin üzvü,

Nəriman Şirinov, həkim, şəhidin əmisi,

Mahir Şirinov, şəhidin qardaşı,

İlqar Şirinov, şəhidin əmisi oğlu,

Eldar Əliyev, şəhidin dayısı,

Məmməd Əliyev, BDU-nun professoru,

İzzət Rüstəmov, BDU-nun professoru,

Əkbər Pənahov, professor,

Firdovsi Heydərli, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri,

Paşa Muradov, Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi,

Sədaqət Qasımova, filologiya üzrə fəlsəfə doktoru,

İslam Quliyev, həkim,

Bəhram Pənahov, əmək veteranı,

İsrayıl İbrahimov, təqaüdçü,

Mübariz Mehrəliyev, Qarabağ qazisi,

Abbas Abbasov, müəllim,

Elman Mehrəliyev, sahibkar,

Əsgər Əsgərov, əmək veteranı,

Tariyel Musayev, istefada olan polkovnik-leytenant,

Xaliq İskəndərov, Qarabağ qazisi,

Dünyamalı İskəndərov, müharibə veteranı,

Həsənov Kamal, Qarabağ qazisi,

Əliyev Əli, Qarabağ qazısı.