Gündüz Bayramovdan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Siz Azərbaycanda yeganə lidersiniz ki, son 200 ildə torpaqlarımızı mənfur düşməndən geri almısınız. Bunun üçün biz Qarabağ müharibəsi əlilləri, veteranları və bütövlükdə Azərbaycan xalqı Sizə minnətdarıq. Sizin uzaqgörən siyasətiniz nəticəsində biz bu sevinci yaşadıq. Ona görə də hər zaman Sizinləyik və Sizi dəstəkləyirik.
Eyni zamanda, yaşadığım Naftalan şəhərinin və şəhərətrafı kəndlərin küçələrinin, avtomobil yollarının təmir-tikintisi ilə əlaqədar şəhər əhalisi, xüsusilə şagirdlər adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Məktəbli uşaqlar əvvəllər məktəbə gedərkən çox əziyyət çəkirdilər. İndi isə belə problem yoxdur.
Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən qayğıdan da razıyıq. Atalar demişkən: “Görünən kəndə nə bələdçi?”. Bütün bunlar hər kəsin gözü qarşısındadır.
Həyatınız hər zaman firavan olsun, cənab Prezident.
Hörmətlə,
Gündüz Bayramov
2-ci qrup Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Naftalan şəhəri.