30 noyabr 2021, 17:38

Validə Heydərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident İlham Əliyev.

Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizinlə fəxr edir, qürur duyuruq. 30 illik işğala 44 gündə son qoyan Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü, Ordumuzun gücünü sübut etdi. Zəfər günü tarixə yazıldı.

Mən bu yaxınlarda DOST İş mərkəzində işlə təmin olunmuşam. Çoxsaylı vətəndaşları müxtəlif işlərlə təmin edən DOST İş Mərkəzinin fəaliyyətə başlaması nəticəsində işsizliyin səviyyəsı aşağı düşür, neçə-neçə ailələrin maddi rifahı yaxşılaşır. Azərbaycan xalqının rifahı naminə apardığınız iqtisadi siyasətin nəticəsi olaraq bu mərkəzin yaradılması üçün Sizə təşəkkür və minnətdarlığımı bildirirəm.

Allah Sizə bu uğurlu siyasəti davam etdirməkdə yardımçı olsun.

Hörmətlə,

Heydərova Validə Tofiq qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.