Rauf Zeynidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qələbə qazanaraq ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Zəfərə görə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təklifi və Dövlət Başçıları Şurasının qərarı ilə Sizin böyük şərəflə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz münasibətilə Sizi Azərbaycan Milli QHT Forumu adından və şəxsən öz adımdan təbrik edir, Sizinlə Azərbaycan xalqı və vətəndaş cəmiyyəti olaraq qürur duyduğumuzu bildiririk.
Azərbaycan tarixinə yazılan parlaq, qürurverici, şanlı, tarixi Zəfərimizdən 1 il ötür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 30 il ərzində mənfur düşmənlərin işğal altında saxladığı torpaqlarımızı addım-addım işğaldan azad etmişdir və müqəddəs Vətən müharibəsi uzun illərin həsrətindən sonra Azərbaycan xalqını arzu və istəklərinə qovuşdurmuşdur.
Ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canından-qanından keçən şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik. Siz hər zaman xalqa etdiyiniz müraciətlərinizdə xalqımızın, dövlətimizin haqq yolunda olduğunu, böyük qələbənin hər gün, hər an yaxınlaşdığını qətiyyətlə və inamla bəyan etmişdiniz. Müharibənin ilk günündən xalqa müraciətinizdə bir daha qətiyyətlə bildirmişdiniz: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, ölkə ictimaiyyəti, vətəndaş cəmiyyəti Sizin apardığınız milli, bəşəri və mütərəqqi siyasəti hər zaman dəstəkləyir və bundan sonra da hər zaman dəstəkləyəcək.
Möhtərəm cənab Prezident, Sizin hər zaman vurğuladığınız kimi, Zəngəzur, Göyçə, İrəvan da Azərbaycan xalqının tarixi torpaqlarıdır və beynəlxalq hüquq normalarına uyğun olaraq, xalqımız tarixi torpaqları uğrunda mübarizə aparmaq hüququna malikdir. Bizi bu hüquqdan heç kim məhrum edə bilməz. Azərbaycan xalqına yaşatdığınız bu tarixi zəfər üçün müzəffər Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandan kimi Sizə Azərbaycan Milli QHT Forumu adından minnətdarlığımızı bildirir, Sizə və Azərbaycan xalqına böyük uğurlar və qələbələr arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Rauf Zeyni
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.