24 noyabr 2021, 11:45

Əmrah Əhədov və başqalarından, Masallı, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizin rəhbərlik etdiyiniz Azərbaycan dövləti gündən-günə çiçəklənir və inkişaf edir. Apardığınız daxili və xarici siyasət Azərbaycanın diplomatik, iqtisadi və hərbi qüdrətini yüksək səviyyədə inkişaf etdirmişdir. Məhz Sizin sayənizdə dövlətimiz bu gün dünya dövlətləri arasında sözünü deyə bilən, mövqeyini qoruya bilən bir dövlətə çevrilmişdir. Torpaqların geri alınması, aparılan abadlıq quruculuq işləri bunun bariz nümunəsidir.

Ölkəmizdə aparılan quruculuq işləri, 44 günlük müharibənin nəticələri, siyasi-diplomatik müstəvidəki uğurlarınız Sizi Türk dünyasının lideri kimi səciyyələndirir.

Apardığınız bu uğurlu siyasətin nəticəsidir ki, Siz Türk dünyası liderləri içərisində “Türk Dünyasının Ali Ordeni” mükafatına layiq görülmüsünüz. Sizi bu ali mükafata layiq görülməyiniz münasibətilə Masallı rayonunun Vətən müharibəsinin iştirakçıları olaraq təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Biz inanırıq ki, Azərbaycan Sizin rəhbərliyinizlə daha böyük uğurlara imza atacaq.

Hörmətlə,

Qarabağ müharibəsi qaziləri:

Əhədov Əmrah Vahid oğlu,

Adilzadə Xalid Qadir oğlu,

Teymurov İsmayıl Nağı oğlu,

Kərimli Yunis Elşad oğlu,

Məmmədov Cavad Habil oğlu və başqaları (60 nəfər).

Azərbaycan Respublikası, Masallı rayonu.