23 noyabr 2021, 11:01

Hicran Hüseynovadan, Tərtər, Azərbaycan


Cənab Müzəffər Ali Baş Komandan!

Sizi “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, işlərinizdə yeni uğurlar diləyirik. Sizinlə fəxr edir, qürur duyuruq. 30 illik işğala 44 gündə son qoyan Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü, Ordumuzun gücünü sübut etdi. Zəfər günü tarixə yazıldı. Həmin gün bizim milli qürur, milli özünəqayıdış bayramına çevrildi. Bütün bunları isə xalqımıza Siz - əziz Prezidentimiz bəxş etdiniz. Bir daha Sizi təbrik edir, Sizinlə qürur duyduğumuzu bildiririk.

Tanrı Sizi və ailənizi qorusun.

Böyük hörmət və ehtiramla,

Hüseynova Hicran Valeh qızı

Azərbaycan Respublikası, Tərtər rayonu, Seydimli kəndi.