Ələm İsmayılovdan, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində Azərbaycanın regionda və dünyada nüfuzu artır. Bütün sahələrdə mühüm uğurlar qazanan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq da artır. 44 günlük müharibədə qazanılan şanlı Qələbə isə Azərbaycanı türk dünyasının liderinə çevirdi.
Bu uğurlar məhz Sizin rəhbərliyinizlə görülən işlərin uğurlu nəticəsidir. Təsadüfi deyil ki, dünyanın nüfuzlu ekspertləri, siyasi xadimləri, ayrı-ayrı nəşrlər Sizin həyata keçirdiyiniz siyasəti yüksək qiymətləndirirlər.
Türk Dünyasının Ali Ordeni ilə təltif edilməniz Sizin bu səmərəli fəaliyyətinizə və türkdilli dövlətlər arasında olan yüksək nüfuzunuza verilən yüksək qiymətdir. Bu möhtəşəm mükafat münasibətilə Sizi təbrik edir, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
İsmayılov Ələm Qəfər oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Lürən kəndi.