22 noyabr 2021, 10:55

Ülfət Abdullayevdən, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə həyata keçirilən mütərəqqi iqtisadi tədbirlər respublikamızın daha da güclənməsini təmin etdi. Vətən müharibəsində qazanılan Qələbənin əsasında Sizin uğurlu xarici siyasətiniz və rəhbərliyinizlə həyata keçirilən inkişaflı iqtisadi siyasət dayanır.

Bütün sahələrdəki fəaliyyətiniz qiymətləndirilərək Türk Dünyasının Ali Ordeni ilə təltif edilməniz xalqımızın sevincinə səbəb oldu. Bu münasibətilə Sizi təbrik edir, uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Abdullayev Ülfət Paşa oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Sərçuvar kəndi.