20 noyabr 2021, 11:45

Heydər Məmmədovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, çətin və şərəfli işinizdə Sizə uğurlar arzulayıram.

Bu ali mükafat bir daha onu göstərdi ki, Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın türk dünyasında nüfuzu daha da artmışdır. Bu Ali Orden həm Sizin fəaliyyətinizə, həm də xalqımıza verilən dəyərdir.

Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Heydər Cəbi oğlu

Salmanbəyli kənd "Heydər" məscidi dini icmasının sədri

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi.