Elmar Qulamov və Oqtay Həsənovdan, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız qəlbimizi fərəh hissi ilə döyündürdü. Xalqımız və türk milləti üçün gördüyünüz işlərə görə Siz təkcə bugünkü vətəndaşların deyil, gələcək nəsillərin də əbədi lideri olaraq seviləcəksiniz. Sizinlə eyni dövrdə yaşamaq böyük xoşbəxtlikdir.
Müzəffər Ali Baş Komandan, Sizə Türk Dünyasının Ali Ordeninin verilməsi münasibəti ilə Sizi ürəkdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik.
Ulu Tanrı hər zaman köməyiniz olsun.
Təhsil işçiləri adından hörmətlə,
Elmar Qulamov
Oqtay Həsənov
Azərbaycan Respublikası, Masallı rayonu.