Mirağa Qurbanovdan, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Türk Dünyasının Ali Ordeni ilə təltif edilməniz Sizin böyük şəxsiyyətinizə, Türk dünyasındakı liderliyinizə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzunuza verilən layiqli qiymətdir. Bu gün Siz türk dünyasında uzaqgörən, məqsədyönlü siyasət aparan prinsipial dövlət xadimi kimi şöhrət qazanmısınız. Xüsusən, 44 günlük müharibə zamanı istər hərbi, istərsə də diplomatik uğurlarınız və əldə edilən tarixi Qələbə dünya miqyasında nüfuzunuzu daha da artırıb.
Əlbəttə, bu mükafat öz əhəmiyyətinə və dəyərinə görə hər bir azərbaycanlını qürurlandırır, sevindirir.
Cənab Prezident, hamımıza fəxr hissləri yaşadan mükafat münasibətilə Sizi təbrik edirəm.
Hörmətlə,
Qurbanov Mirağa Balaxan oğlu
Kənd Ağsaqqallar Şurasının sədri
Azərbaycan Respublikası, Masallı rayonu, Təzəkənd kəndi.