Hilal Vəliyevdən, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən – Hilal Vəliyev Masallı rayonu Şərəfə kənd sakiniyəm, şəhid atasıyam. Sizi Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirəm. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.
Sizin xalq, millət yolunda zəhmətiniz böyükdür. Ataların bir məsəli var: “Niyyətin hara, mənzilin ora”. Bizim niyyətimiz, istəyimiz Qarabağı azad etmək idi. Şükür Allaha, Sizin sayənizdə, qəhrəman əsgərlərimizin sayəsində bu istəyimizə çatdıq. Siz həm də, türk millətinin birliyinin möhkəmləndirilməsində, türkdilli xalqların və dövlətlərin bir-birinə daha da yaxınlaşmasında və əlaqələrinin inkişafında mühüm səylər göstərirsiniz. Bütün bunlar həm xalqımız, həm də ümumilikdə türkdilli xalqlar və dövlətlər tərəfindən çox müsbət qarşılanır. Türk Dünyasının Ali Ordeni ilə təltif olunmağınız da elə bu müsbət işlərin nəticəsidir.
Cənab Prezident, Allah Sizi min budaq eləsin, kölgəniz daim xalqımızın üzərində olsun.
Hörmətlə,
Hilal Vəliyev
Şəhid atası
Azərbaycan Respublikası, Masallı rayonu, Şərəfə kəndi.