18 noyabr 2021, 13:00

Həzərxan Quliyevdən, Masallı, Azərbaycan


Möhtərəm cənab Prezident,

Sizin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız xəbərini Sizi sevən bütün azərbaycanlılar kimi, mən də böyük fəxarət və sevinclə qarşıladım.

Bu mükafatın Sizə verilməsi onu təsdiq edir ki, Siz təkcə Azərbaycanın deyil, bütün türk dünyasının fəxrisiniz. Sizə Azərbaycanımızın ərazi bütövlüyünün qorunması və türk dünyasının birliyinin möhkəmləndirilməsi istiqamətində apardığınız fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük hörmətlə,

Quliyev Həzərxan Həzər oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Şıxlar kəndi.