Süleyman Ağayevdən, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin qətiyyətiniz, müdrik siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəlik bacarığınız sayəsində Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Sizə minnətdarlığımızı bildiririk. Sizin nəinki Azərbaycan xalqı, bütün türk dünyası qarşısında böyük xidmətləriniz var və bu xidmətlər yüksək qiymətləndirilir. Bu günlərdə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz gördüyünüz işlərə verilən böyük dəyərdir. Sizi bu münasibətlə səmimi qəlbdən təbrik edirik.
Əziz Prezidentimiz, biz Sizi dəstəkləyirik. Sizin rəhbərliyinizlə ölkəmizin hər zaman böyük nailiyyətlər əldə edəcəyinə inanırıq.
Hörmətlə,
Ağayev Süleyman İsmayıl oğlu,
Muğanlı kəndi “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.