17 noyabr 2021, 18:12
Ədalət Ağayev və başqalarından, Masallı, Azərbaycan
Hörmətli cənab Prezident,
Azərbaycanın ərazi bütövlüyünü 44 günlük Vətən müharibəsi ilə bərpa edərək, tarixi Zəfərin qazanılmasında müstəsna rolunuz, bununla da türk birliyinə misilsiz xidmətiniz yüksək qiymətləndirildi və Siz “Türk Dünyasının Ali Ordeni” mükafatına layiq görüldünüz.
Sizin rəhbərliyinizlə 30 ildən sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsi türk dünyasında sülhün və ədalətin bərqərar olunmasına zəmin yaradacaq. Bu ali mükafat Sizin bu yola xidmət edən səmərəli fəaliyyətinizin nəticəsidir. Təltif münasibətilə Sizi təbrik edir, uzun ömür, cansağlığı və yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Ağayev Ədalət,
Babayev Allahverən,
Ağayev Nurməmməd,
Ağayev İsmayıl.
Azərbaycan Respublikası, Masallı rayonu.