16 noyabr 2021, 18:31

Rəşid Əsədovdan, Sədərək, Azərbaycan


Hörmətli cənab Prezident,

Sizin türk dünyasının yenidən canlanması uğrunda apardığınız işlərin və verdiyiniz böyük töhfələrin nəticəsi olaraq Türk Şurasına üzv ölkələrin dövlət başçıları tərəfindən “Türk Dünyasının Ali Ordeni”nə layiq görülməyiniz biz azərbaycanlıları həddən ziyadə sevindirdi. Bu ali mükafat bir daha Sizin müdrik siyasətinizin və qətiyyətli işlərinizin danılmazlığını sübut etdi.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, Sizə Allahdan uzun və sağlam ömür arzu edirəm.

Hər zaman var olun, cənab Prezident!

Hörmətlə,

Əsədov Rəşid Elbəyi oğlu, 87 yaşlı kənd ağsaqqalı.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Dəmirçi kəndi.