Gülgün İbişova və başqalarından, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsini böyük sevinc və qürur hissi ilə qarşıladıq. Siz son 18 il ərzində dövlətçiliyimizin möhkəmləndirilməsi, inkişafı, sülhün, təhlükəsizliyin təminatı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi işlərinə verdiyiniz misilsiz töhfələrə görə ayrı-ayrı dövlətlərin çoxsaylı yüksək müfakatılarına layiq görülmüsünüz. Bütün bu reallıqlar fonunda Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyinizin daha böyük məna və əhəmiyyəti var. Bu, Sizin türk dünyası qarşısındakı xidmətlərinizə verilən yüksək qiymətdir.
Cənab Prezident, Sizin adınız türk dünyasının tarixinə ən böyük Qələbəyə imza atan Ali Baş Komandan kimi yazılıb. Ali Ordenin təqdim edilməsi mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, Qarabağda təxminən otuz il davam edən işğala Sizin qətiyyətli rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə son qoyulması təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir.
Möhtərəm Prezident, Ali Ordenə layiq görülməyiniz münasibətilə Sizə təbriklərimizi çatdırırıq. Böyük uğurlarınızla bizi bundan sonra da daim sevindirəcəyinizə inanırıq.
Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
İbişova Gülgün Cabir qızı
Talıbova Ayşən Akif qızı
Qocayev Nicat Qoca oğlu
Qafarov Zeynal Barat oğlu
Süleymanov Ramil Cəmil oğlu
Ağcabədi Pedaqoji Kollecinin tələbələri
Azərbaycan Respublikası, Ağcabədi rayonu.