16 noyabr 2021, 17:21

Gülər Quliyeva və başqalarından, Ağcabədi, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizin istər ölkəmizin, istərsə də regionun, xüsusilə türk dünyasının bu günü və gələcəyi ilə bağlı atdığınız addımlar, əldə etdiyiniz uğurlu nəticələr hər zaman yüksək qiymətləndirilir. Qarabağın işğaldan azad edilməsi üçün göstərdiyiniz səylərə və türk birliyinin daha da güclənməsi işinə verdiyiniz töhfələrə görə Sizə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi bunun daha bir göstəricisidir. Bu qərar türkdilli ölkələrin dövlət başçılarının Sizin əvəzsiz xidmətlərinizə verdikləri yüksək dəyərdir. Sizi səmimi-qəlbdən təbrik edirik. Sizinlə fəxr edirik.

Müzəffər Ali Baş Komandan, Siz 44 günlük Vətən müharibəsində böyük Zəfəri təmin etməklə adınızı tariximizə qalib lider, torpaqlarımızın xilaskarı kimi yazdırdınız. Bu tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə yanaşı, həm də türk dünyasında birliyin və həmrəyliyin gücləndirilməsi, bölgədə davamlı sülhün və sabitliyin qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Odur ki, Siz bu yüksək mükafata layiq görüldünüz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Quliyeva Gülər Əlizamin qızı

Səlimova Aytəkin İsib qızı

Qasımzadə Fəridə Anar qızı

Səfərova Səlimnaz Rəfi qızı

Abdullayeva Gülər Ərşad qızı

Ağcabədi Pedaqoji Kollecinin tələbələri

Azərbaycan Respublikası, Ağcabədi rayonu.