Tərlan Əkbərovdan, Masallı, Azərbaycan
Cənab Prezident.
Ulu Öndərimizin layiqli davamçısı olaraq Siz tarix yazmaqda davam edirsiniz. Uğurlu daxili və xarici siyasətiniz sayəsində işğal altında olan torpaqlarimiz 44 gün ərzində işğaldan azad edildi. Bu Qələbə Sizin Ali Baş Komandan kimi müzəffər Ordumuza düzgün sərkərdəlik etməyinizin və xalqımızın Sizin “dəmir yumruğ”unuz ətrafında sıx birləşməsinin nəticəsi oldu.
Allah Sizi qorusun, cənab Prezident. Siz xalqımızı sevindirməkdə davam edirsiniz. Noyabr ayının 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Sizə Türk Dünyasının Ali Ordeninin təqdim olunması biz məktəbliləri çox sevindirdi.
Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.
Təbrik edirik, cənab Prezident.
Hörmətlə,
Əkbərov Tərlan Tariyel oğlu
"Dəfnə" liseyinin şagirdi
Azərbaycan Respublikası, Masallı şəhəri.