Samirə Qasımovadan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizi və ailənizi noyabrın 12-də İstanbulda türk dövlətlərinin dövlət başçılarının iştirak etdiyi tədbirdə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edir, çətin və şərəfli işinizdə daha böyük uğurlar arzu edirəm.
Cənab Prezident, heç kəsə sirr deyil ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan türk dünyasının qarşılıqlı əlaqələri, yüksəlişi strategiyasını respublikaya rəhbərlik etdiyiniz ilk vaxtlardan uğurla davam və inkişaf etdirirsiniz.
Siz bütün sahələrdə olduğu kimi, bu sahədə də öz siyasi enerjinizi əsirgəmirsiniz və türk dünyasının müasir dünyada özünəməxsus yerini tutması uğrunda böyük xidmət göstərirsiniz.
Əminik ki, bundan sonra da Sizin uzaqgörən siyasətinizlə Azərbaycan daha da inkişaf edəcək və bütün mübarizələrdə qalib olacaqsınız.
Biz Sizinlə fəxr edirik.
Allah Sizi qorusun!
Hörmətlə,
Qasımova Samirə Əliağa qızı
Azərbaycan Respublikası, Gəncə şəhəri.