Emin Həsənlidən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Azərbaycan və Türkiyənin birliyi təkcə regionda yox, dünyada da çox ciddi nəticələri olan reallıqlar yaratmaqdadır. Hər iki dövlətin liderinin ayrı-ayrılıqda və birlikdə fəaliyyəti, türk dünyasının inteqrasiyasına əvəzsiz töhfələr verir.
Türkiyənin mənəvi və diplomatik dəstəyi ilə 2020-ci ildə İkinci Qarabağ müharibəsində tarixi Zəfər əldə olundu, Azərbaycanın torpaqları işğaldan azad edildi və yeni geosiyasi reallıqlar yarandı.
Məhz Sizin əvəzolunmaz səyiniz nəticəsində Zəngəzur dəhlizi vasitəsilə türk dünyasının əlaqələrinin genişləndirilməsi, Qarabağın statusunun müzakirələrdən çıxarılması tarixi nailiyyətdir.
Azərbaycanın Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına sədrliyi dövründə gördüyü işlər, göstərdiyi təşəbbüslər, birlik və bərabərlik, inteqrasiya üçün aparılan çalışmalar, koronavirus pandemiyasına qarşı mübarizədə birgə fəaliyyət alqışa layiqdir. Bütün bunlar Prezident, Müzəffər Ali Baş komandan olaraq Sizin uzaqgörən dövlət başçısı və dahi siyasi lider kimi fəaliyyətinizin inkarolunmaz nəticələridir.
Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən toplantısında Sizin “Türk Dünyasının Ali Ordeni” ilə mükafatlandırılmağınız türk dövlətlərinin birliyinə verdiyiniz töhfənin liderlər tərəfindən təsdiqidir. Bu orden Prezident İlham Əliyevin şəxsində Vətən müharibəsində qəhrəmanlıq göstərmiş, liderinin ətrafında birləşmiş Azərbaycan xalqına verilən dəyərin təzahürüdür.
Möhtərəm cənab Prezident, türk dünyasının birliyi üçün yorulmadan çalışdığınız üçün Sizə minnətdarlığımızı bildirir və ali mükafata layiq görülməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik.
Sizə dərin hörmətlə,
Emin Həsənli,
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.